A 39 Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, AzAtaM, 2004, 164 səh. Bu tədqiqat işi 1999-cu ildə Ankarada Gülsərən Akalın tərəfindən Hacəttəpə Universitetinin Atatürk İlkələri və İnqilab Tarixi İnstitutunda hazırlanmışdır. Kitab dörd bölmədən: I bölmə – Ə.Ağaoğlunun həyatı (1869-1939); II bölmə – Ə.Ağaoğluya görə din, dünyəvilik və qadın hüquqları; III bölmə – Ə.Ağaoğlu və Türk milliyyətçiliyi; IV bölmə – Ə.Ağaoğluya görə liberalizm və demokratiya – ibarətdir. Ə.Ağaoğlu türk düşüncə və siyasi həyatında aktiv rol oynamışdır. O, ali təhsilini Fransada tamamladıqdan sonra Azərbaycana qayıtmış, 1909-cu ildən ömrünün sonuna – 1939-cu ilədək Türkiyədə yaşamışdır. Bu əsər Azərbaycan ictimai fikrində Ə. Ağaoğlu şəxsiyyətinə olan böyük marağı təmin edəcək və bu sahədə yaranmış boşluğu dolduracaqdır. Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Yayın evi: Bakı AzAtaM, 2004
Yazar: Gülsərən Akalın
Kitabi endir