Kitabların elektron metinlərinin İnternetə qoyulması son onillərin ən xoşagələn yeniliklərindən biridir. Kitablığa (kitabxanaya) getməyə ehtiyac qalmır, kitablıq adamın evinə gəlir.
Onlarla elektron kitablıq sitəsi yaranıb. Biz də GünAzTv olaraq sayğılı izləyicilərimizə yardım olsun deyə elektron kitablıq yaratmağa qərar verdik. Güney Azərbaycanın tarixi və bu ğünü, onun iqtisadiyyatı və ədəbiyyatı ilə maraqlanan hər kəs bizim kitablığımızdan faydalana bilər.
Qaynaqları birinci variantda dillər üzrə qruplaşdırdıq. Qaynaqlar, Azerbaycan türkcəsində (ərəb, kiril, latın qrafikasında), Türkiyə türkcəsində, farsca, rusca, ingiliscə və başqa dillərdə müəlliflərin soyadının əlifba sırası ilə düzülmüşdür.
İkinci qaynaq düzümü mövzular üzrədir. Tarix, siyasət, iqtisadiyyat, demoqrafiya və ədəbiyyat mövzularında qaynaqların yenə müəllifin soyadının əlifba qaydasında düzülməsini uyğun gördük.
Elektron mətni olan qaynağın başlığının altından xətt çəkilib. Altından xətt çəkilməyən qaynağın elektron mətnini hazırlayıb qoymaq niyyətindəyik.